UEFA-dan “Qarabağ”la bağlı paylaşım – FOTO
08.12.2022 , 11:11

Avropa Konfrans Liqasının instaqram hesabında Azərbaycan təmsilçisi “Qarabağ”la bağlı paylaşım edilib.
Korner.az xəbər verir ki, postda “atlılar”ın fotoları paylaşılıb və komandanın Azərbaycan Premyer Liqasında məğlub olmadığı diqqətə çatdırılıb:
“Qarabağ” bu mövsüm yerli çempionatda məğlubedilməzdir. 16 oyun, 14 qələbə və 2 heç-heçə”.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.
