UEFA-dan “Qarabağ”a ödəniş
06.11.2023 , 16:25

UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı iki qələbəyə görə, bundan əlavə, turnirdə iştirakla əlaqədar bonus olaraq “Qarabağ”a ödəniş edib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
UEFA tərəfindən ayrılmış 1,320,105.00 (bir milyon üç yüz iyirmi min yüz beş) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” FK-nın hesabına köçürülüb.
