UEFA-dan “Qarabağ”a ödəniş
23.11.2022 , 16:44

UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə, bundan əlavə, turnirdə iştirakla əlaqədar bonus olaraq UEFA “Qarabağ” klubuna ödəniş edib.
Korner.az xəbər verir ki, qurum tərəfindən ayrılmış 504.000 (beş yüz dörd min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
“Atlılar” Avropa Liqasının G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) mübarizə aparıb və qrupu 3-cü sırada bitirərək, Konfrans Liqasına vəsiqə əldə edib.
