Futbol

UEFA-dan “Qarabağ”a ödəniş

24.01.2022 , 20:00

UEFA “Qarabağ”a vəsait ayırıb.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə Ağdam təmsilçisi UEFA tərəfindən 666 min avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-off mərhələsinə vəsiqə qazandığı üçün 325 min avro və əlavə bonus olaraq 187 min 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə,UEFA tərəfindən “Qarabağ” FK-ya ayrılmış 1 milyon 178 min 200  avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Son yazılar

Yuxarı