UEFA-dan “Qarabağ”a 4 milyon avro
16.09.2019 , 16:42

Qarabağ” klubunun 2019-2020-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış 2,750,000 (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, bu vəsait UAL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.
Bundan əlavə, “Qarabağ”ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
