UEFA-dan “Qarabağ”a 260 min 500 avro
16.01.2020 , 12:00

UEFA “Qarabağ”a 260 min 500 avro pul ayrııb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu məbləğ Ağdam təmsilçisinin bu mövsüm Avropa Liqasının qrup mərhələsinin 4-6-cı turlarında qeydə alınmış nəticələrə uyğun olaraq nəzərdə tutulub. “Qarabağ” heç-heçəyə görə 190 min avro, əlavə bonus olaraq 70 min 500 avro əldə edib.
Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
