UEFA "Qalatasaray"a 100 min avro cəza kəsib.
Korner.az-ın məlumatına görə, buna səbəb "sarı-qırmızılı" fanatların ÇL-in qrup mərhələsi çərçivəsində Danimarkanın "Kopenhagen" klubuna qarşı keçirilmiş matçda qanunsuz hərəkətlər etmələridi.
Xatırladaq ki, İstanbul təmsilçisinin 0:1 hesabıyla yenildiyi oyunda türk fanatlar meydançaya kənar əşyalar atmış, pirotexniki vasitələrdən istifadə etmiş və bu hərəkətləriylə matçın gec başlamasına səbəb olmuşdular.
