UEFA İntizam Komitəsi “Marsel”in futbolçusu Patris Evraya ağır cəza tətbiq edib
Buna onun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Gimaraynş”la oyundan əvvəl azarkeşin başına təpiklə vurması səbəb olub. Buna görə UEFA 36 yaşlı müdafiəçini 2018-ci ili iyunun 30-na kimi avrokubok oyunlarından uzaqlaşdırıb. P.Evra eyni zamanda 25 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Gimaraynş”la oyundan əvvəl isinmə hərəkəti zamanı azarkeşlərdən biri Evranı təhqir edib. Buna tab gətirməyən P.Evra həmin azarkeşin başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə verib.
Xatırladaq ki, P.Evra etdiyi bu hərəkətə görə “Marsel”in əsas komandasından da uzaqlaşdırılıb.
