UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı “Partizan”ı cəzalandırıb.
Korner.az-ın məlumatına görə, buna klubun azarkeşlərinin “Tottenhem”lə matçda yəhudilərin əleyhinə pankartlar açması səbəb olub. Buna görə də “Partizan”in növbəti – “Beşiktaş”la görüşdə stadionun fanat sektoruna azarkeşlər buraxılmayacaq.
Bundan başqa, “Partizan” UEFA-ya 40 min avro cərimə ödəyəcək.
