UEFA-dan Nurlan İbrahimova sərt cəza
26.11.2020 , 18:22

UEFA “Qarabağ”ınn mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb.
Korner.az xəbər verir ki, UEFA İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Cəzaya Dağlıq Qarabağ münaqişəsi zamanı onun feysbukda ermənilərlə bağlı paylaşımı səbəb olub. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
UEFA həmçinin Ağdam klubunu 100 000 avro məbləğində cərimələyib.
Qitə futbol qurumu İbrahimova qarşı “İrqçi və digər ayrı-seçkilik davranışı” və “Əsas davranış qaydalarının pozulması” maddəsi ilə intizam işi açmışdı.
