UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə “Neftçi”nin iki üzvü – Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb.
Hər iki futbolçu 3 oyunluq diskvalifikasiya edilib.
