UEFA-dan Mourinyoya cəza
22.06.2023 , 11:36

UEFA “Roma”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Korner.az xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin Avropa Liqasının finalında İspaniya “Sevilya”sına uduzduqları oyundan sonrakı davranışı səbəb olub.
Final fitindən sonra matçın ingiltərəli baş hakimi Entoni Teyloru təhqir edən 60 yaşlı çalışdırıcı avrokuboklarda 4 oyunluq diskvalifikasiya cəzası alıb.
