UEFA-dan “Mançester Siti”yə cəza
15.02.2020 , 21:20

UEFA İngiltərənin “Mançester Siti” klubuna ağır cəza tətbiq edib.
Korner.az xəbər verir ki, Britaniya təmsilçisi iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb.
Cəzaya klubun maliyyə feyr-pleyi qaydalarını pozması səbəb olub. Cəzanın 2020/21 və 2021/22 mövsümlərini əhatə edəcəyi bildirilib.
Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.
