Futbol

UEFA-dan məcburi addım

31.03.2020 , 11:12

Koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının final oyunları avqust ayında keçirə bilər.

“Sunday Times” nəşri yazır ki, UEFA maliyyə itkisi ilə üzləşməmək üçün mövsümü yarımçıq saxlamayacaq. Yarışların keçirilməməsi qərara alınsa, qitə qurumu təkcə İngiltərədəki televiziya hüquqlarının satışından 840 milyon avrodan məhrum ola bilər.

Mövsümü avqust ayında yekunlaşdırmaq UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcək. Ehtimal edilir ki, yeni mövsüm Avropa kuboklarındakı klubların sayı ən azı 2 dəfə azalacaq.

Son yazılar

Yuxarı