UEFA-dan Kamal Umudluya növbəti təyinat
24.09.2024 , 16:35
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq. K.Umudluya Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər.
Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.
Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.