UEFA Gənclər Liqasının H qrupunda noyabrın 24-də Sankt-Peterburq şəhərində keçiriləcək “Zenit” (Rusiya) – “Valensiya” (İspaniya) oyununun baş hakimi Orxan Məmmədov olacaq.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, ona Yaşar Abbasov və Kamran Bayramov kömək edəcəklər.
