Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da keçiriləcək Macarıstan – İrlandiya oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.