Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru həmyerlimiz olacaq. Oyunları avqustun 8-də start götürəcək bu qrupda Avstriyanın "Olstarz", İrlandiyanın İİD, İsveçrənin "Minerva" və Türkiyənin "Ankara" klubları mübarizə aparacaq. Qrupun qarşılaşmaları Avstriyada keçiriləcək.
