UEFA-dan gözlənilməz təyinat
02.08.2019 , 14:55

UEFA Super Kubokunun “Liverpul” – “Çelsi” oyununu idarə edəcək hakim açıqlanıb.
Korner.az-ın məlumatına görə,İstanbuldakı “Vodafone Park”da keçiriləcək oyunu fransalı qadın hakim Stefanie Frappart idarə edəcək.Yan xətt hakimləri xətt hakimləri Manuella Nikolosi və Mişel Onil olacaq.Dördüncü hakim funksiyasını isə Cüneyt Çakır yerinə yetirəcək.
Avqustun 14-də keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
