UEFA rəsmiləri FİFA-dan mayın 29-a planlaşdırılan prezident seçkilərini təxirə salmağı tələb ediblər.
Korner.az-ın məlumatına görə, UEFA-nın baş katibi Canni İnfantino bildirib ki, əks təqdirdə, UEFA beynəlxalq futbol qurumunun keçirəcəyi seçkini boykot edəcək.
UEFA-nın bu tələbi etməsinə FİFA-da baş vermiş rüşvət qalmaqalı və 6 məmurun həbs olunması səbəb olub.
Qeyd edək ki, FİFA prezident seçkilərində Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.
