APOEL-"Neftçi" matçında qırmızı vərəqə almış Elvin Yunuszadəyə verilən cəzanın müddəti açıqlanıb.
Korner.az xəbər verir ki, UEFA-nın İntizam Komitəsinin qərarına əsaən, Yunuszadə 1 oyunluq cəzalandırılıb. Bu isə o deməkdi ki, Elvin sentyabrın 20-də keçiriləcək "Partizan"-"Neftçi" oyununu buraxacaq.
Digər futbolçulara seçmə mərhələdə göstərilmiş sarı vərəqələr isə ləğv olunub.
