UEFA-dan Elçin Məsiyevə yeni təyinat
05.03.2025 , 15:35

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
E.Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
1-ci kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.
