UEFA-dan Demirala 2 oyunluq cəza
04.07.2024 , 23:06

UEFA Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.
Korner.az xəbər verir ki, buna səbəb ulduz oyunçunun Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bayram etməsi olub.
Buna görə də Demiral UEFA tərəfindən 2 oyunluq cəzalanıb.
Futbolçu 1/4 finalda Niderlandla keçiriləcək görüşü buraxacaq.
İyulun 6-da baş tutacaq Niderland – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Mina Musayeva
