UEFA-dan Cüneyt Çakıra növbəti təyinat
05.05.2019 , 16:24

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul” – “Barselona” cavab qarşılaşması üçün hakim təyinatları açıqlanıb.
İngiltərədə baş tutacaq görüşü Türkiyədən olan hakim Cüneyt Çakır idarə edəcək. FİFA referisinə Bahattin Duran və Tarık Onqun köməklik edəcəklər. VAR sisteminə isə Almaniyadan olan hakimlər Feliks Zvayer ve Saşa Stegeman nəzarət edəcək.
Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk görüş meydan sahibi “Barselona” klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
