UEFA Rusiyanın ÇSKA klubunu ağır şəkildə cəzalandırıb.
Korner.az-ın məlumatına görə, qitənin ali futbol qurumu Moskva təmsilçisinə 3 oyun azarkeşsiz oynama cəzasını verib.
Bundan başqa, ÇSKA 200 min avro cərimə ödəyəcək. Buna səbəb Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Roma" ilə səfər görüşündə rusiyalı azarkeşlərin irqçi şüarlar səsləndirməsidi.
