UEFA-dan Çakıra təyinat
05.11.2018 , 17:11

Türkiyəli FİFA referisi Cüneyt Çakıra UEFA-dan növbəti təyinat gəlib
Təcrübəli hakim Çempionlar Liqasının G qrupunun 4-cü turunda keçiriləcək SSKA (Rusiya) – “Roma” (İtaliya) matçını idarə edəcək.
Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və Barış Şimşək olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək SSKA – “Roma” oyunu Bakı vaxtı ilə saat 21:50-də start götürəcək.
