“Beşiktaş” klubuna Avropa Liqasında “Partizan”a qarşı keçiriləcək oyundan öncə UEFA tərəfindən xəbərdarlıq edilib.
Korner.az-ın məlumatına görə, ali futbol qrumu matç zamanı türk azarkeşlərinin arasına albanların qoşulması və Albaniya bayrağının açılmasını istisna etməyib.
Serbiya – Albaniya oyununda yaşanan hadisələrin bir daha təkrarlanmaması üçün UEFA “Beşiktaş”dan təhlükəsizlik tədbirlərii gücləndirməyi tələb edib.
