UEFA-dan Azərbaycanın 3 klubuna vəsait
12.08.2022 , 13:48

Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “Neftçi”, “Qəbələ” və “Zirə” üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”yə 100 min “Qəbələ” və “Zirə”yə isə ayrılıqda 450 min avro ödənilib. “Ağ-qaralar” 3-cü raunda qədər irəlilədiyindən, bir müddət sonra yenidən hesabına pul köçürməsi olacaq.
“Qəbələ” və “Zirə” mübarizəni 2-ci təsnifat mərhələsində dayandırıb. “Neftçi” isə 3-cü raundda dayanıb.
