Ölkə futbolu

UEFA-dan Azərbaycan klublarına növbəti ödəniş

19.05.2020 , 16:44

2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində, qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına maliyyə vəsaiti köçürülüb.

Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Neftçi” – 15 446.42 avro

“Səbail” – 15 446.42

“Qəbələ” – 15 446.42

“Zirə” – 15 446.42

“Sumqayıt” – 15 446.42

“Sabah” – 15 446.42

“Keşlə” – 15 446.42

Qeyd:“Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Son yazılar

Yuxarı