UEFA-nın Maliyyə Nəzarət Komitəsi Avropanın bəzi klublarını maliyyə “fair play” qaydalarına əməl etmədiyi üçün cəzalandırıb.
Korner.az-ın məlumatına görə, Avropanın ali futbol qurumu 10 klubunun cəzasını açıqlayıb.
Bunların arasında “İnter”, “Roma” və “Monako” kimi klublar da yer alıb.
UEFA “İnter”i 20 milyon məbləğində cərimələyib. Digər cəza isə ondan ibarətdir ki, Milan klubu Avrokuboklarda çıxışı zamanı 25 deyil, 21 futbolçudan istifadə etməli olacaq.
