UEFA Avropa Liqasının nüfuzunu yüksəltmək üçün tarixi qərara imza atıb.
Korner.az-ın məlumatına görə, Avropanın ali futbol qurumu 2015-2016-cı il mövsümündən etibarən Avropa Liqasının qalibi olacaq komandalara növbəti il birbaşa Çempionlar Liqasında oynamaq hüququ tanıyıb.
Qeyd edək ki, UEFA-nın fevralda keçirdiyi sorğuda iştirak edən 207 klub nümayəndəsinin 61 faizi AL-in finalçılarına növbəti mövsüm ÇL-də çıxış etmək hüququnun verilməsini istəmişdi. Lakin UEFA yalnız qalibə belə bir hüquq verib.