UEFA-dan Asim Xudiyevə təyinat
22.07.2019 , 11:26

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Trnava, Slovakiya) matçının hakim-inspektoru olacaq.
Qeyd edək ki, görüş iyulun 25-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək
