UEFA-dan Asim Xudiyevə təyinat
01.12.2021 , 10:28

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, dekabrın 9-da UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək LASK (Avstriya) – HJK (Finlandiya) oyununun hakim-inspektoru olacaq.
