UEFA-dan Asim Xudiyevə təyinat
11.10.2020 , 16:49

Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev UEFA Millətlər Liqasında Belarus – Qazaxıstan matçına təyinat alıb.
Xudiyev Aleksandar Stavrevin rəhbərlik etdiyi şimali makedoniyalı hakimlər briqadasının işinə qiymətləndirəcək.
Görüşdə UEFA nümayəndəsi isə lixtenşteynli Eduard Kindle olacaq.
14 oktyabr C Liqasının IV qrupunda Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda keçirirləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
