Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Korner.az-ın məlumatına görə, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının üçüncü turunun İngiltərə – Xorvatiya oyununun baş hakimi olacaq.
Qeyd edək ki, İngiltərə – Xorvatiya görüşü iyulun 18-i keçiriləcək.
Xatırladaq ki, Ə.Ağayev bundan əvvəl sözügedən turnirdə İtaliya – Avstriya qarşılaşmasını idarə edib.
