UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
23.03.2019 , 14:13

FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
AFFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək Polşa – Latviya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
