UEFA Ukraynanın "Dnepr" və Rumıniyanın "Tırqı Mureş" klubunu bir mövsüm müddətinə avrokuboklardan uzaqlaşdırıb.
Korner.az-ın məlumatına görə, hər iki klub keçmiş məşqçilərinə və futbolçulara olan borcunu ödəmədiyi üçün bu cəzaya məruz qalıb.
Adçı çəkilən klublar üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.
