UEFA cəza yağdırmaqda davam edir.
Korner.az-ın məlumatına görə, ali futbol qurumu Çempionlar Liqasında mübarizə aparan daha bir klubu cəzalandırıb.
“Olimpiakos”dan sonra bu dəfə Rusiyanın “Zenit” klubu ÇL-in 1/8 finalında “Borussiya” (Dortmund) ilə matçı azarkeşsiz oynamağa məhkum edilib.
UEFA rus azarkeşlərin ÇL-in qrup mərhələsində “Avstriya” ilə qarşılaşmada irqçi şüarlar səsləndirdiyi üçün bu addıma atıb.
Bundan başqa, “Zenit” quruma 40 min avro da ödəməli olacaq.
