UEFA Dadaşovun vətəndaşlığı ilə bağlı yanlışlığı düzəltdi
06.02.2020 , 19:32

“Vulverhempton” klubunun Avropa Liqası üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində yer alan Renat Dadaşovun vətəndaşlığı dəyişdirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu öncə almaniyalı kimi göstərilmişdi.
Lakin daha sonra UEFA-nın rəsmi saytı bu yanlışlığı aradan qaldırıb.
