UEFA-da Avro-2020 ilə bağlı görüş
01.10.2019 , 18:31
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Avro-2020-nin oyunlarına evsahibliyi edəcək 12 şəhərdə fəaliyyət göstərən işçi qrupların iştirakı ilə görüş keçirilir.
Korner.az xəbər verir ki, bu gün başlayan və sabah – oktyabrın 2-də yekunlaşacaq görüşdə Avro-2020-nin Bakıda keçiriləcək 4 oyununun hazırlığı ilə məşğul olan Əməliyyat Qrupunun üzvləri iştirak edir.