UEFA Çempionlar Liqası (qadınlar) turnirində təsnifat mərhələsi keçirilir.
Korner.az-ın məlumatına görə, burada sensasion hesablı qələbə qeydə alınıb.
Bu mərhələdə 12 komanda münasibətlərə aydınlıq gətirib. Matçlar az öncə başa çatıb.
Qarşılaşmaların birində futbol aləmində nadir görünən hesab qeydə alınıb. Macarıstan təmsilçisi “Ferenkvaros” səfərdə Lüksemburqun “Cunqlister” klubuna qonaq olub. Matç qonaqların 11-0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın qəhramanı 7 dəfə fərqlənmiş Ebere Orji olub.
