UEFA 4 kluba avrokuboklarda iştirakına qadağa qoyub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cəzalananlar arasında Türkiyənin “Bursaspor” klubu da var.
Cəzaya səbəb “maliyyə fairplay”-inə riayət edilməməsidir. “Bursaspor”a cəza ilə yanaşı, 100 min avro cərimə də kəsilib.
Avrokuboklarda iştirakına qadağa qoyulan digər 3 klub isə Litvanın “Ekranas” və Rumıniyanın “CFR 1907 Cluj” ve “Astra Qiurqiu” klublarıdır.
