UEFA tərəfindən “İlin 11-liy”inə namizədlər sırasında "Qalatasaray"ın hücumçusu Burak Yılmaz da var.
Korner.az-ın məlumatına görə, UEFA futbolçunu 2011-2012 mövsümündə "Qalatasaray"ın heyətində komandasının bütün qollarına (5 qol) imza atması üçün onu namizəd göstərib. Yılmaz ən yaxşı hücumçu nominasiyasında fərqləndirilib.
Burakla birgə bu siyahıda Lionel Messi, Kriştiyano Ronaldo, Radamel Falkao,Zlatan İbrahimoviç, Serxiyo Aguero, Robin Van Persi kimi ulduz futbolçular da qərarlaşıb.
