Ötən gün Avroliqanın birinci təsnifat mərhələsinin oyunlarından sonra UEFA öz rəsmi saytında oyunun nəticələrini qeyd edib. Korner.az-ın məlumatına görə, qrum syatda elə başlıq qoyub ki, bu erməni azarkeşləri qıcıqlandırmaya bilməz.
Saytdakı manşet yazısına “İnter” pobedil,(“İnter” uddu) “Pyunik” proiqral” ( “Pünik” uduzdu) başlığı qoyulub. Bu zaman Azərbaycanın “İnter” klubunun səfərdə Estoniyanın “Trans” komandasına 5:0 hesabı ilə qalib gəldiyi, Ermənistan “Pünik”inin isə öz meydanında Çernoqoriya “Zeta”sına 0:3 hesabıyla uduzduğu bildirilib.
