UEFA Çempionlar Liqası qrup mərhələsinin 2-ci turunda keçirikən “Beşiktaş” – “Leypsiq” matçı haqqında intizam işi açıb. Qarşılaşmada işıqların söndüyü və tribunalar arasındakı pilləkanların boş saxlanılmadığı üçün İstanbul klubu haqda araşıdırma başlanılıb.
Oktyabrın 19-da məsələ ilə bağlı iclas keçiriləcək.
“Beşiktaş”ın 2:0 hesabı ilə qələbə qazandığı oyunun 60-cı dəqiqəsində stadionda bəzi işıqlar söndüyündən, görüş 10 dəqiqə dayandırılıb.
