UEFA “Beşiktaş”ı cərimələyib.
Buna Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə cavab oyununda tribunaların ortasındakı pilləkənlərin azarkeşlərlə dolması, azarkeşlərin meydana yad əşyalar atması səbəb olub. Buna görə klub 34 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Beşiktaş” – “Bavariya” görüşü qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
