“Benfika”nın futbolçusu “Real”la oyundan öncə diskvalifikasiya edildi
23.02.2026 , 21:41
UEFA-nın İntizam Komitəsi Portuqaliyanın “Benfika” klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini barədə qərarını açıqlayıb.
Korner.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsində “Real” ilə keçiriləcək cavab oyunundan kənarlaşdırılıb.
Futbolçu UEFA-nın ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğuna görə növbəti qarşılaşmada oynaya bilməyəcək. Qurum bildirib ki, bu qərar davam edən araşdırmanın nəticələrinə təsir göstərməyəcək.
Portuqaliyada keçirilən ilk oyunda “Real Madrid” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolun müəllifi Vinisius olub və o, matç zamanı irqçi təhqirə məruz qaldığını açıqlayıb.
Cavab oyunu fevralın 25-də Madriddə baş tutacaq.