Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının harada keçirilmə\si ilə bağlı UEFA qərar verib.
Korner.az-ın məlumatına görə, iyulun 18-də Bakıda 2 qarşılaşma keçirilməli olduğundan bu matçların da biri ilə bağlı qərar verilib.
Avroliqada iyulun 18-də “İnter” Norveç “Tromse”sini, “Qarabağ” Polşa “Pyast”ını qəbul etməli idi. Bundan bir gün sonra isə ÇL-də “Neftçi” Albaniya “Skenderbeu”sunu qəbul edəcək.
Üç oyunun birdən Bakıda olmasını nəzər alan qurum “bankirlər”i səfərə göndərib. Belə ki, “İnter” ilk matçını Norveçdə keçirəcək.
