UEFA-nın mətbuat üzrə nümayəndəsinin rəhbərliyi ilə dekabrın 8-də, saat 10.00-dan 16:00-dək “Bakcell Arena”da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçiriləcək.
Korner.az-ın məlumatına əsasən, seminarda Topaz Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də millinin və klublarımızın avrokubok oyunları zamanı stadionda iş başında olmuş jurnalistlər və fotoqraflar iştirak edə biləcəklər. Seminar zamanı həm nəzəri, həm də praktiki məşğələlər təşkil olunacaq.
