Futzal

UEFA Azərbaycan millisini cərimələdi

08.03.2022 , 17:45

UEFA futzal üzrə Azərbaycan milli komandasını cərimələyib.

Korner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Yığmamızın cərimələnməsinə səbəb futzalçıların Avropa çempionatının qrup oyunlarında İspaniya və Bosniya və Herseqovina yığmalarına qarşı matçlardada sarı və qırmızı vərəqələrlə cəzalanmaları olub. Ona görə də UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi futzal üzrə Azərbaycan millisini 5 700 avro məbləğində cərimələyib.

Pireney təmsilçisi ilə heç-heçə (2:2) başa çatmış qarşılaşmada İsa Atayev, Fineo De Araujo, Ramiz Çovdarov və Vassura xəbərdarlıq alıblar. Bu görüşdəki intizamsızlığın cəriməsi 2 700 avro olub.

Son yazılar

Yuxarı